Türkiyə mətbuatı “Bakı”nın futbolçusu Nurlan Novruzov haqqında yazıb. Futbolinfo.az xəbər verir ki, qardaş ölkədən olan həmkarlarımız Novruzovun “Xəzər Lənkəran”la matçda etdiyi qeyri-adi hərəkəti bir vaxtların məşhur kolumbiyalı qapıçısı Rene İgitanın əqrəb vuruşuna bənzədiblər.
Maraq üçün qeyd edək ki, həmin mənbədə türkiyəli həmkarlarımızın klublarımızı bir o qədər də tanımadığı üzə çıxıb. Belə ki, həmin KİV-də bu hadisənin “Xəzər” və “Lənkəran” klublarının oyununda qeydə alındığı yazılıb. Halbuki, bu epizod “Xəzər Lənkəran” – “Bakı” matçında baş verib.
Qeyd edək ki, qarşılaşma 2:1 hesabı ilə lənkəranlıların xeyrinə başa çatmışdı.