Topaz Premyer Liqasının 24-cü turunda “Xəzər Lənkəran” doğma azarkeşləri önündə “Bakı”nı 2:1 hesabı ilə məğlub etdi. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar"ın hər iki qoluna Ağabala Ramazanov imza atdı.
Dubl etməklə komandasına 3 xal qazandıran hücumçu matçın sonunda da diqqət mərkəzində düşdü. Belə ki, onun adi bir epizodda rəqib oyunçunu vurması qırmızı vərəqə alması ilə nəticələndi. Maraqlıdı ki, bu qərarla razılaşmayan gənc futbolçu yan xətt hakimini söyməkdən də çəkinmədi. 
AFFA İntizam Komitəsinin bu hərəkətinə görə futbolçuya cəza verəcəyi istisna deyil. Maraqlıdı ki, İK-in sabah açıqlanacaq cəzalarından öncə “Xəzər Lənkəran” rəhbərliyi klubdaxili intizamı qorumaq üçün artıq Ramazanovu cərimələyib. Əldə etdiyimiz məlumata görə, cənub təmsilçisinin rəhbərliyi adi bir epizodada qırmızı vərəqə aldığı üçün Ağabalaya pul cəriməsi kəsib.
Shares: