Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçirilib. Futbolinfo.az xəbər verir ki, saat 11:00-da başlayacaq tədbir “Park İnn” otelində baş tutub.
Konfransda İcraiyyə Komitəsinə 2 yeni üzvü seçilib. Ötən il dünyasının dəyişən Ələkbər Məmmədovun yerinə Vaqif Sadıqov, İK-dən istefa verən Elmar Qasımovun əvəzinə isə Firudin Qurbanov seçilib.
Həmçinin konfransda legioner limitinin də dəyişəcəyi, “6+5”dən 7+4 olacağı gözlənilsə də, bu baş tutmadı.
Sizi konfransın gündəliyi ilə tanış edirik:
– Prezident tərəfindən salamlama
– Yığıncağın tərkibinin yoxlanılması
– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
– Maliyyə hesabatının təsdiq olunması
– Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
– Növbəti ilin büdcəsinin təsdiq olunması
– Hər hansı vakant vəzifəyə seçkilər
– AFFA üzvlərinin təkliflərinin qəbul olunması
– Digər məsələlər
– Maliyyə hesabatının təsdiq olunması
– Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
– Növbəti ilin büdcəsinin təsdiq olunması
– Hər hansı vakant vəzifəyə seçkilər
– AFFA üzvlərinin təkliflərinin qəbul olunması
– Digər məsələlər
***
Konfrans AÇ-2020-nin final mərhələsinin oyunlarına Bakı şəhərinin ev sahibi kimi namizədliyinin irəli sürülməsi ilə bağlı AFFA-nın sifarişi əsasında hazırlanmış videoçarxın nümayişi ilə başlayıb. Sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA-nın İcraiyyə Komitəsinin üzvü Karen Espelundu, Konfrans nümayəndələrini, qonaqları və mətbuat nümayəndələrini salamlayıb. Hesabat dövrü ərzində ölkə futbolunun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə qısa məlumat verən Abdullayev görülən işlərin müsbət nəticələr verməkdə olduğunu bildirib.
Ardınca mandat komissiyasının sədri Mahmud Sadıqov məruzə edərək, 35 nümayəndənin 31 nəfərinin Konfransda iştirak etdiyini və Konfransın səlahiyyətli olduğunu bildirib.
Səsvermələrin nəticəsini hesablamaq üçün tərkibi Kamil Rəhimov, Zaur Axundov və Sakin Məmmədzadədən ibarət Say komissiyası seçilib.
Baş katib Elxan Məmmədov çıxış edərək, Hesabat dövrü ərzində Azərbaycan futbolunda yaşanmış müsbət və mənfi məqamları vurğulayıb, ətraflı məruzə edib. Baş katib bildirib ki, AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyəti haqqında videoçarx hazırlanıb. Hesabat xarakterli videoçarxın nümayişindən sonra Elxan Məmmədov məlumat verib ki, hər bir Konfrans iştirakçısının qovluğunda AFFA tərəfindən hazırlanmış hesabat jurnalı, eyni zamanda videoxülasənin DVD-si var. Sonra söz AFFA-nın baş mühasibi Xalid Cavadova verilib. Baş mühasib 2014-cü ilin maliyyə hesabatını təqdim edib (maliyyə hesabatı saytımızda yerləşdiriləcək). Ardınca müstəqil audit təşkilatının nümayəndəsi Babək Məmmədovun hesabatı dinlənilib.
AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov çıxış edərək komitənin fəaliyyəti barədə məlumat verib.
Sonra Konfransın fəxri qonağı, UEFA-nın İcraiyyə Komitəsinin üzvü Karen Espelund çıxış edərək Konfransın işinə və Azərbaycan futboluna uğurlar arzulayıb. K.Espelund çıxışında Premyer Liqa klublarının nəzdində qadın komandalarının olmasının zəruriliyini, danışılmış oyunların olmaması üçün müvafiq sərt tədbirlərin görülməsinin vacibliyini xüsusi qeyd edib, UEFA-nın hər zaman bu məsələlərə həssas yanaşdığını deyib.
Ölkə futbolunda ortaya çıxa biləcək mübahisəli məsələlərin baxılması məqsədilə yeni komitənin – Apellyasiya və Arbitraj Komitəsinin yaradılması səsə qoyulub və yekdilliklə qəbul olunub.
Elxan Məmmədov bildirib ki, AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq Peşəkar Futbol Liqası İcraiyyə Komitəsində 4 üzvlə təmsil olunmalıdır və İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar hazırda PFL İcraiyyə Komitəsində 3 üzvlə təmsil olunur. Bununla bağlı, Peşəkar Futbol Liqası tərəfindən Məşqçilər Komitəsinin sədri vəzifəsində çalışan Vaqif Sadıqovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb. Vaqif Sadıqovun İK-ya namizədliyi Peşəkar Futbol Liqasına “Sumqayıt” Futbol Klubundan verilib. Nizamnamənin eyni maddəsinə əsasən, İctimai Futbol Təşklatları İctimai Birliyi İcraiyyə Komitəsində 2 üzvlə təmsil olunmalıdır. İcraiyyə Komitəsinin üzvü Elmar Qasımov AFFA rəhbərliyinə ərizə ilə müraciət edərək işlərinin çoxluğu səbəbindən İcraiyyə Komitəsinin üzvlüyündən azad olunmasını xahiş edib. Bununla bağlı, İctimai Futbol Təşklatları İctimai Birliyi tərəfindən təhsil nazirinin müavini Firudin Qurbanovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb. Firudin Qurbanovun İK-ya namizədliyi İctimai Futbol Təşklatları İctimai Birliyinə Futbol Hakimləri Birliyindən verilib.
Vakant yerlərin hər birinə yalnız bir namizəd olduğu üçün açıq səsvermə keçirilib. Vaqif Sadıqov və Firudin Qurbanov AFFA-nın İcraiyyə Komitəsinin üzvü seçilib.
Respublika Prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icra müddətinin başa çatması ilə əlaqədar AFFA tərəfindən hazırlanmış hesabat kitabı futbol ictimaiyyətinə və hökumət nümayəndələrinə təqdim olunub.
Konfrans başa çatdıqdan dərhal sonra İcraiyyə Komitəsinin iclası, ardınca isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin mətbuat konfransı keçirilib.
***
Hesabat Konfransı zamanı açıqlanan rəqəmlərə əsasən, ötən il AFFA-ya 22 milyon 790 min manat daxil olub. Bunun 14 milyonunu baş sponsor ARDNŞ-dan gələn vəsait təşkil edir. 2,2 milyon “Azəridmanservis”, 2 milyonu isə UEFA-dan gələn məbləğdi. Millinin oyunlarının yayım satışından da eyni vəsait əldə edilib. FİFA və digər partnyorlar isə assosiasiyamıza 553 min manat ödəyib. Qurumun “İnter Arena”ya görə qazancı 3 milyon 245 min manatdı.
AFFA-nın 2014-cü ildəki xərcləri isə aşağıdakılardı:
Milli yığma komandalara xərclənən vəsait – 9 606 288.00 AZN
Rəsmi və yoldaşlıq oyunlarının təşkili – 407 982.00 AZN
Futzal üzrə UEFA Kubokunun Final Mərhələsi – 420 536.00 AZN
"Cross Culture" layihəsi və Alman Futbol Məktəbi – 160 230.00 AZN
Marketinq və Reklamlar Departamenti – 424 210.00 AZN
Tədris – 197 502.00 AZN
Nəqliyyat xərcləri – 238 406.00 AZN
Daşınmaz Əmlak İcarə haqqı – 118 748.00 AZN
Təsərrüfat xərcləri – 389 626.00 AZN
Hakimlər və Hakim İspektorlar – 2 487 880.00 AZN
Kommunal və Rabitə xərcləri – 218 030.00 AZN
"Futbol Dünyası" qəzeti – 222 912.00 AZN
Əmək haqqı və ezamiyyə xərcləri – 2 293760.00 AZN
DSMF – 473 000.00 AZN
Aviabilet və Hotel xərcləri – 510 505.00 AZN
Keytrinq – 73 806.00 AZN
"Futbol Bakcell ilə" Layihəsi – 125 146.00 AZN
"Caspian Cup" turniri – 347 636.00 AZN
Uşaq və Gənclər futbolunun inkişafı, qızlardan və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkili, turnirlərin keçiriləməsi xərcləri – 2 104 237.00 AZN
"Elit Məşq" Layihəsi – 332 906.00 AZN
Digər xərclər – 521 428.00 AZN
Rəsmi və yoldaşlıq oyunlarının təşkili – 407 982.00 AZN
Futzal üzrə UEFA Kubokunun Final Mərhələsi – 420 536.00 AZN
"Cross Culture" layihəsi və Alman Futbol Məktəbi – 160 230.00 AZN
Marketinq və Reklamlar Departamenti – 424 210.00 AZN
Tədris – 197 502.00 AZN
Nəqliyyat xərcləri – 238 406.00 AZN
Daşınmaz Əmlak İcarə haqqı – 118 748.00 AZN
Təsərrüfat xərcləri – 389 626.00 AZN
Hakimlər və Hakim İspektorlar – 2 487 880.00 AZN
Kommunal və Rabitə xərcləri – 218 030.00 AZN
"Futbol Dünyası" qəzeti – 222 912.00 AZN
Əmək haqqı və ezamiyyə xərcləri – 2 293760.00 AZN
DSMF – 473 000.00 AZN
Aviabilet və Hotel xərcləri – 510 505.00 AZN
Keytrinq – 73 806.00 AZN
"Futbol Bakcell ilə" Layihəsi – 125 146.00 AZN
"Caspian Cup" turniri – 347 636.00 AZN
Uşaq və Gənclər futbolunun inkişafı, qızlardan və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkili, turnirlərin keçiriləməsi xərcləri – 2 104 237.00 AZN
"Elit Məşq" Layihəsi – 332 906.00 AZN
Digər xərclər – 521 428.00 AZN
Toplam xərc – 21 674 774.00 AZN