Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçirilir. Futbolinfo.az xəbər verir ki, saat 11:00-da, “Park İnn” otelində baş tutan tədbirdə AFFA-nın İcraiyyə Komitəsinin yeni üzvü təyin olunan Vaqif Sadıqov açıqlama verib:
"Azərbaycan futbolunun inkişafı üçün əlimizdən gələni edəcəyik. Şadam ki, İcraiyyə Komitəsinə üzv seçildim. Düzgünlüyün tərəfdarı olacağım şübhəsizdi. Namizədliyimi irəli sürdükləri üçün AFFA və PFL rəhbərliyinə minnətdarlığımı bildirirəm".
Shares: