Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçirilir. Futbolinfo.az xəbər verir ki, saat 11:00-da, “Park İnn” otelində baş tutan tədbirdə 21 və 23 yaşlı futbolçuların maaşına limit qoyulması ilə bağlı qərar qəbul edilib.
Bunu AFFA prezidenti Rövnəq Abdullayev açıqlayıb. Onun sözlərinə görə,  artıq 21 yaşlı futbolçu 30 min, 23 yaşlı isə 50 min manatdaq çox aylıq maaş ala bilməyəcək. Həmin futbolçu millinin üzvü olarsa, onun maaşı 50 faiz qaldırıla bilər. Bu qayda pozularsa, həmin futbolçunun klubu cərimələnəcək və xalı silinəcək.
Abdullayev həmçinin əlavə edib ki, gələn ildən çempionatdakı oyunların yayımı üçün tender keçiriləcək. Tenderdə qalib olan yayımı təşkil edə biləcək. Yayımdan gələn gəlir isə Premyer Liqa klubları arasında bərabərsəviyyəli olaraq bölünəcək.
Shares: