Azərbaycan millisinin və "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Ukraynanın "Dnepr" klubunun transfer siyahısında olduğu deyilsə də, hələ ki, heç bir rəsmi təklif gəlməyib. Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəllə məlaqə saxladıq.
Saytımıza danışan Əmrah bəy bu barədə hər hansı bir təklif almadıqlarını bildirib: "Rəsmi olaraq nə təklif, nə də müraciət etməyiblər. Rəsmi bir şey yoxdusa, bu barədə danışmağın mənası yoxdu. Hər hansı bir təklif olarsa, müzakirə edib, qərar verəcəyik".
Qeyd edək ki, "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç Bədavi Hüseynovu komandasında görmək istədiyi bildirib. Hətta Markeviç ötən ay Azərbaycan millisi ilə Ukraynanın "Şaxtyor" klubu arasında keçirilən yoxlama görüşünü də izləyib.