"Qalatasaray"ın ulduz futbolçusu Uesli Sneyder həftəsonu “Fənərbaxça" ilə keçirəcəkləri derbi haqda danışıb. Futbolinfo.az xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi “Şükrü Saracoğlu” arenasında oynamaqdan çəkinmədiklərini deyib: 
"Bazar günü yenidən Volkan Dəmirəllə üz-üzə gələcəm. Ona bu dəfə də qol vurmaq istəyirəm. Bu derbidə qələbə qazanmaq bizim üçün çox önəmlidi. "Qalatasaray"da oynadığım müddətdə rəqib haqda xeyli məlumat toplamışam. "Fənərbaxça"nın çox çılğın azarkeşləri olduğunu bilirəm. Ancaq onlar məni qorxutmur. Çünki karyeram ərzində belə fanatlar qarşısında çox oyunlar keçirmişəm".
Qeyd edək ki, derbi martın 8-də keçiriləcək.
Shares: