Bu yay “Yuventus”u iki hücumçu tərk edə bilər. Futbolinfo.az xəbər verir ki, Alvaro Morata da bunlardan biridi. 
“Arsenal” onun uğrunda gedən mübarizədə favorit hesab olunur. "Qoca Sinyora" Moratanı 60 milyon avro müqabilində satmağa hazırdı. 22 yaşlı forvardın sabiq klubu "Real"ın isə mövsümün sonunda 30 milyon avro ödəyib, onu yenidən heyətinə qatmaq imkanı var. Ancaq Alvaronun Madrid klubunun planlarında yer almadığı bildirilir.
Turin klubu yayda Fernando Lorenteni də sata bilər. Belə olan halda "qoca sinyora" Lorentenin boşluğunu məhz Jinyakla doldurmaq fikrindədi. Cari mövsümdə Liqa 1-də 24 matçda meydana çıxan 29 yaşlı forvardın aktivində 14 qol var.
Shares: