Braziliya millisinin yeni heyəti açıqlanıb. Futbolinfo.az xəbər verir ki, martın sonlarında 2 yoldaşlıq görüşü keçirəcək “sambaçılar”ın baş məşqçisi Dunqa 23 nəfərlik heyəti müəyyən edib.
Martın 26-da Parisdə Fransa və martın 29-da Londonda Çili millisiylə qüvvəsini sınayacaq Braziliya yığması oyunlara bu heyətlə yollanacaq:
Qapıçılar: Cefferson (Botafogo/Braziliya), Marselo Qrohe (Qremio/Braziliya), Dieqo Alves (Valensiya/İspaniya).
Müdafiəçilər: David Luiz, Markinyos, Tyaqo Silva (PSJ/Fransa), Miranda (Atletiko/İspaniya), Fabinyo (Monako/Fransa), Marselo (Real/İspaniya), Filipe Luis (Çelsi/İngiltərə), Danilo (Portu/Portuqaliya).
Yarımmüdafiəçilər: Luiz Qustavo (Volfsburq/Almaniya), Fernandinyo (Mançester S/İngiltərə), Elias (Korintians/Braziliya), Souza (San Paulu/Braziliya), Oskar, Villian (Çelsi/İngiltərə), Roberto Firmino (Hoffenhaym/Almaniya), Filippe Koutinyo (Liverpul/İngiltərə), Duqlas Koşta (Şaxtyor/Ukrayna).
Hücumçular: Neymar (Barselona/İspaniya), Dieqo Tardelli (Şandonq Lunenq/Çin), Robinyo (Santos/Braziliya).