Məşhur idman jurnalı “Four Four Two” Böyük Britaniyada maraqlı sorğu keçirib. Futbolinfo.az xəbər verir ki, jurnalistlər futbolçulardan gələcəkdə hansı baş məşqçi ilə işləmək istədikləri soruşulub.
123 futbolçudan 48%-i Joze Mourinyonun adını çəkib. İkinci yerdə “Bavariya”nın çalışdırıcısı Xosep Qvardiola dayanıb. Futbolçuların 31 faizi ona etibar edib. Üçüncü yerdə isə 8 faizlə Arsen Vengerin adı çəkilib.
Qeyd edək ki, sorğuda İngiltərə və Şotlandiya Premier Liqasının futbolçuları iştirak edib.