Ötənlərin məşhur braziliyalı futbolçusu Luis Nazario Ronaldo yenidən futbola qayıdacağı ilə bağlı yayılan iddialara münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, keçmiş hücumçu bu məlumatların tamamilə yalan olduğunu bildirib: 
"Yenidən futbola qayıdacağımla bağlı xəbərlər yazılır. Bu, şayiədən başqa bir şey deyil. Yaşıl meydanlara qayıtmağı düşünmürəm".
Qeyd edək ki, Ronaldonun 38 yaşı var. O, karyerasını 2011-ci ildə bitirmişdi.
Shares: