İspaniya futbolunda danışılmış oyunlarla bağlı daha bir qalmaqal gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, iddiaların hədəfindəki isə “Osasuna”nın sabiq prezidenti Migel Arçancodu.
Yerli mətbuatın yazdığına görə, onun 2013/14 mövsümünün sonunda bir neçə əvvəlcədən danışılmış matç keçirdiyi ehtimal olunur. Rəhbərlik buna görə 3.7 milyon avro alıb. Hansı ki, komanda həmin mövsüm La Liqadan Sequndaya düşmüşdü. Məsələ ilə bağlı klub rəhbərliyindən iki nəfər istintaqa cəlb edilib.
Shares: