Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın şərəfini qoruduğu Düsseldorf "Fortuna"sı da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma arenada "Bohum"la qarşlaşıb. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. Xəstə olan Erat isə bu matçda iştirak etməyib.
Qeyd edək ki, "Fortuna" hazırda 36 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.