Sabah Topaz Premyer Liqasında 25-ci turun oyunlarna start veriləcək. Futbolinfo.az xəbər verir ki, “Araz Naxçıvan” çempionatı yarımıçıq tərk etdiyinə görə bu tur “Simurq” istirahət edəcək.  Eyni gündə baş tutacaq 4 qarşlışamadan 3-ü paytaxtda, 1-i isə əyalətdə keçiriləcək. 
İlk oyun Bakıda keçiriləcək. “Neftçi” İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda “İnter”i qəbul edəcək. İlk üçlükdə qərarlaşan bakılıların derbisində aşkar favoritin kimliyini demək çətindi. “Ağ-qaralar” bu oyunda qalib gəlib, 2-ci pilləyə qalxmağın hesablarını aparırsa, “bankirlər” son 5 oyunda məğlub olmadığı bu rəqibi üzərində qalib gələrək, xal fərqini 4-ə qaldırıb, hazırkı yerini daha da möhkəmləndirmək fikrindədilər. Cari mövsümdə 2 dəfə üzləşən komandaların duelində Kaxaber Sxadadzenin yetirmələri rəqibindən 4 xal almağa müvəffəq olub. Ümumiyyətlə, indiyədək keçirilən 41 görüşün 19-da flaqman qalib gəlibsə, 9 matçda da "bankirlər" meydandan üstün tərəf kimi ayrılıb. Qalan 13 qarşılaşmada isə bərabərlik qeydə alınıb. Elə top fərqində də Arif Əsədovun yetirmələrinin üstünlüyü var  61:38.
Günün 2-ci qarşılaşmasında isə AZAL Şüvəlanda “Bakı”nı qəbul edəcək. Hələ də avrokuboklara iddiasını saxlayan meydan sahibləri şanslarını davam etdirmək üçün bu oyunda mütləq şəkildə qalib gəlməlidi. Nəzərə alsaq ki, hazırda 4-cü pillədə qərarlaşan “Simurq” klubu bu tur meydana çıxmayacaq, onda bu “təyyarəçilər” üçün əlavə stimul ola bilər. Çünki Tərlan Əhmədovun yetirmələri qalib gələcəyi təqdirdə xal fərqini minumuma endirmək şansı əldə edə biləcək. “Zolaqlılar”da isə vəziyyət fərqlidi. Heç bir iddiası qalmayan autsayder bu görüşdə meydana məğlub olmamaq üçün çıxacaq. Cari mövsümdə artıq 2 dəfə qarşılaşan bakılıların duelində komandalar hərəyə 1 dəfə meydandan 3 xalla ayrıla biliblər. Bu dəfəki görüş bakılıların 25-ci dueli olacaq. Bundan əvvəlki qarşılaşmaların 9-da meydan sahibləri üstün olubsa, İbrahim Uzuncanın yetirmələri 10 dəfə bu mənada fərqlənə biliblər. 5 matçda isə qalibi müəyyənləşməyib. Qələbə sayında olduğu kimi top fərqində də qonaqların cüzi üstünlüyü var 23:22. 
 
Günün digər matçında isə lider “Qarabağ” öz meydanında “Xəzər Lənkəran”ı qəbul edəcək. Son turda gözlənilmədən “Qəbələ”yə məğlub olan ağdamlıları bu qaşılaşmanın aşkar favoriti saymaq olar. “Atlılar” qalib gəlməklə əsas rəqiblərindən olan “Neftçi” və “İnter”in bir-birləri ilə qarşılaşmasında ən azı məğlub olan tərəfdən xal fərqinin daha da artmasına çalışacaq. Bundan əvvəlki turda “Bakı”nı məğlub edərək, qış fasiləsindən sonra ilk xallarını qazanan “gəmiçilər”in isə  bu görüşdə xal qazanamaq şansı çox azdı. Hələ qış fasiləsindən öncə iddiasını itirməyən vaxtlarında bu rəqibinə 2 dəfə məğlub olan cənubluların sabahkı görüşdə qazanacağı 1 xal belə onlar üçün uğur sayıla bilər. Lənkəran təmsilçilərinin indiyə qədər keçirdikləri 30 oyunun 14-də ağdamlılar, 12-də isə lənkəranlılar qalib gəlibsə, digər 4 görüşdə isə komandalar meydanı sülhlə tərk ediblər. Qələbə sayından fərqli olaraq topların fərqində “ağ-yaşıllar”ın üstünlüyü var 36:34. 
Əyalətdə baş tutacaq yeganə matçda isə həm də turun qapanış matçı olacaq. Belə ki, Qəbələdə şəhərin eyni adlı komandası “Sumqayıt”ı qəbul edəcək. Ölkə kubokunda fiaskoya uğrayan meydan sahibləri bu oyunda mütləq şəkildə qalib gəlməyə çalışacaqlar. Artıq kubok yarışlarından demək olar ki, əlini üzmüş qəbələlilər bütün güclərini ölkə çempionatındakı oyunlara verəcəklər. Nəzərə alsaq ki, bu tur “Simurq” meydana çıxmayacaq, “qırmızı-qaralar” qalib gələrək, 4-cü pilləyə yüksəlmək üçün əla fürsət əldə ediblər. Bundan əlavə AZAL-ın da bu tur qalib gəlmək şansı çox olduğunundan, qazanılacaq qələbə “təyyarəçilər”lə xal fərqini qorumaq baxımından çox əhəmiyyətlidi. Çox güman ki, Aqil Məmmədovun yetirmələri bu görüşə məğlub olmamaq üçün çıxacaqlar. Onu da qeyd edək ki, Qəbələdə baş tutan 5 qaşılaşmanın hamısında meydan sahibləri qələbə qazanıblar. Ümumiyyətlə, komandalar arasında keçirilən 10 oyunun 8-də qəbələlilər, 1-də isə "gənclik şəhəri" təmsilçisi qalib gəlibsə, 1 matçda da bərabərlik qeydə alınıb. Top fərqində də “qırmızı-qaralar”ın 23:8-lik üstünlyü hökm sürür.
 
 
Topaz Premyer Liqası
25-ci tur
8 mart (bazar)
15:00. “Neftçi” – “İnter”
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Namiq Hüseynov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov 
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
16:00. AZAL – “Bakı”
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Vüsal Qənbərov, Orxan Məmmədov 
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Fazil Mürşüdov
AZAL Arena
17:00. “Qarabağ” – “Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Cavanşir Yusifov, Munis Abdullayev 
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Kərim Ağayev
Tofiq Bəhramov adına Respublika stadionu
18:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Vüqar Bayramov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev 
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu
Shares: