Bakı Olimpiya stadionunun istismara hazırlığı ilə bağlı akt imzalanıb və müvafiq icra hakimiyyəti tərəfindən obyektin istismarına icazə verilib. Futbolinfo.az saytı xəbər verir ki, obyekt Gənclər və İdman Nazirliyi tərəfindən podratçıdan təhvil alınıb.
 
Belə ki, Bakı Olimpiya stadionunun sifarişçisi Gənclər və İdman Nazirliyi, baş podratçısı Azərbaycan Dövlət Neft Şirkəti (ARNDŞ), subpodratçı isə “Tekfen İnşaat və Təsisat A.Ş” olub. Stadionun tikintisi cədvəl əsasında vaxtında aparılıb. Obyektin müvafiq təşkilatlar tərəfindən yoxlanılması işləri aparılıb, tikinti norma və qaydalarına, layihə sənədlərinə uyğun tikilməsi barədə rəy verilib. Sənədləşmə işləri başa çatdıqdan sonra obyektin istismarına aidiyyatı qurum tərəfindən müvafiq qaydada icazə verilib. 12-28 iyun 2015-ci il tarixlərdə Bakıda ilk dəfə olaraq keçiriləcək Avropa Oyunlarının açılış və bağlanış mərasimləri bu məkanda baş tutacaq.
Qeyd edək ki, Bakı Olimpiya stadionunun tikintisinə 2012-ci ilin dekabr ayında başlanılmışdı.
(APA)
Shares: