"Barselona"nın kapitanı Xavi Hernandes karyerasını Qətərdə davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, "Marca" nəşri onun ərəb ölkəsindən ciddi təklif aldığını yazıb.
Yayda katalon klubunu tərk etməsi gündəmdə olan ispaniyalı Qətər klublarının birindən 18 milyon avroluq təklif alıb. Xavi təklifi qəbul etsə, illik məhz buqədər maaş alacaq.
Daha öncə onun ABŞ-ın "Nyu-York Siti” klubuna keçəcəyi deyilirdi.