Bu gün Topaz Premyer Liqasında 25-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Neftçi" evdə "İnter"i qəbul edir.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan oyunu AFFA-nın baş katibi Elxan Məmmədov da izləyir. Bundan başqa İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev də matçı izləyənlər arasındadı.