Bu həftə baş tutan AFFA-nın 22-ci hesabat konfransında 2014-ci il ərzində xərclənilən vəsaitlərlə yanaşı, assosiasiyanın gəlirləri ilə bağlı da məlumat verildi. Məlum oldu ki, ötən il ərzində assosiasiya 22 milyon 790 min manat gəlir əldə edib.
Həmin gəlirlərin hamısı ayrı-ayrılıqda ictimaiyyətə təqdim olundu. Ancaq ən vacib məsələ ilə bağlı hesabat verilməyib.
Fotodan da gördüyünüz kimi, AFFA-nın maşın dayanacağı ödənişlidi. Yəni, dayanacaqda maşın saxlamaq istəyən şəxs öncəliklə inzibati binanın birinci mərtəbəsində oturanlara "görüm-baxım" etməlidi. Belə çıxır ki, AFFA rəhbərliyi ilə, baş katib Elxan Məmmədovla görüşə gələnlər pul ödəmədən içəri daxil ola bilməz. Dayanacaq pulunu ödəməyənlərin, ya da xırdası olmayanlarının maşınının aqibətinin necə olacağı isə böyük maraq doğurur.
Gördüyünüz fotonu əməkdaşımız ötən il çəkib. Sadəcə, hesabatda dayanacaqla məlumat verilib-verilməyəcəyini bilmədiyi üçün bu xəbəri yazmaqda tələsməyib. Elxan müəllimin son mətbuat konfransında qanı nədənsə yaman qara idi. Ona görə də bu məsələyə görə baş katibi narahat etmədik. İndi soruşuruq: Cənab Məmmədov, 30 qəpiklərin aqibəti necə oldu?
Shares: