Bu gün Topaz Premyer Liqasında 25-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Neftçi" evdə "İnter"i qəbul edir.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan oyunda ev sahibi yenə Premyer Liqanın sponsoru olan "Topaz"ı yaddan çıxarıb.
Belə ki, qarşılaşmanın keçirildiyi arenada "Topaz"ın loqosuna rast gəlmək mümkün deyil. Nəzərə alaq ki, artıq bu ilk belə hal deyil. "Ağ-qaralar" ev oyunlarında rəqiblərini adətən "Bakcell Arena"da qəbul etdiyi üçün orada olan bannerləri Bakıxanovdakı arenaya gətirməyə tənbəllik ediblər.