Bu gün Topaz Premyer Liqasında 25-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Neftçi" evdə "İnter"ə 2:0 hesabı ilə uduzub.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionundakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze qalibiyyəti belə şərh edib:
“Gərgin oyun keçdi. İlk üçlükdə qərarlaşan komandaların oyunda belə gərginlik olur. Düşünürəm ki, keyfiyyətli oyun alınmadı, daha çox mübarizəli bir oyun izlədik. Düzdü, “Neftçi”də və “İnter”də keyfiyyətli oyunçular var. Amma bu tip oyunlarda emosiya yüksək olur. Külək oyuna təsir etsə də, oyunçularım işin öhdəsindən gəldilər. Futbolçularım rəqibin səhvindən yararlanaraq, 2 qol vurdular”.