Bu gün Topaz Premyer Liqasında 25-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Neftçi" öz meydanında "İnter"ə 2:0 hesabı ilə uduzub.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionundakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Arif Əsədov məğlubiyyəti belə şərh edib:
“Belə oyuna şərh vermək çətindi. Tam üstünlüyümüzlə keçən oyunda məğlub olduq. Gözlənilməz bir şəraitdə qol buraxdıq. “İnter”in iki hücumu oldu və onlar bundan maksimum yararlandılar. Biz isə şanslarımızdan istifadə edə bilmədik. Bütün bunlara baxmayaraq, həyat davam edir”.