Bu gün Topaz Premyer Liqasında 25-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, AZAL öz meydanında "Bakı"nı 2:0 hesabı ilə məğlub edib.
"AZAL Arena"dakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov qələbəni belə şərh edib:
“Açığı, ilk dəfə idi ki, oyuna görə bu qədər narahat idim. Çünki bu tip oyunlara komandanı kökləmək çox çətin olur. İlk hissədə yaxşı oynaya bilmədik. İkinci hissədə isə toparlanıb, qələbə qazandıq. “Bakı” ilə oyunu unudub, “Neftçi” ilə kubokun cavab matçına hazırlaşmalıyıq. Rəşad Abdullayev oyunda qırmızı vərəqə aldı. Hər halda, yan xətt hakimi bunu dəqiq gördü. Rəşad bu hərəkəti etməməli idi. Əgər Rəşad qırmızı vərəqə aldısa, burada hakimin günahı yoxdu, futbolçunun günahı var”.
 
(pfl.az)
Shares: