Bu gün Topaz Premyer Liqasında 25-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.
Qəbələ şəhər stadionundakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk qələbəni belə şərh edib:
"Qələbə qazandığımıza görə şadam. Liderlərdən geridəyik və hər oyun meydançaya 3 xal üçün çıxmalıyıq. Birinci hissədəki oyunumuzdan razıyam. İkinci hissədə hesabı qorumağı tapşırmamışdım. Sadəcə, oyunçuların psixologiyası tam formalaşmayıb. Onlar başa düşməlidi ki, 2:0 sürüşkən hesabdı. Sona kimi oynamaq lazımdı. Ümumilikdə, oyunumuzdan razıyam. Futbolçularımı təbrik edirəm". 
(pfl.az)
Shares: