Bu gün Topaz Premyer Liqasında 25-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.
Qəbələ şəhər stadionundakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Aqil Məmmədov məğlubiyyəti belə şərh edib:
"Birinci hissəyə çox pis başladıq. İkinci hissədə toparlanıb, oyunda tarazlıq yaratdıq. Amma qol vura bilmədik. Müdafiədə yaxşı oynayırıq, hücumda isə çətinlik çəkirik. Bunun üzərində işləmək lazımdı. "Qəbələ"yə uğurlar arzulamaq istəyirəm".
(pfl.az)