Cavid İmamverdiyevin şərəfini qoruduğu "Elazığspor" klubunda ayrılıq yaşanıb. Futbolinfo.az xəbər verir ki, Türkiyə PTT 1-ci Liqa təmsilçisinin baş məşqçisi Ümit Özat istefa verib.
O, bugünkü "Manisaspor" məğlubiyyətindən sonra qərarını bəyan edib. Yerli mətbuatın yazdığına görə, artıq 38 yaşlı çalışdırıcının istefası rəhbərlik tərəfindən qəbul olunub.
Qeyd edək ki, Özat cari mövsümün əvvəlindən "Elazığspor"da baş məşqçi işləyir. Hazırda onun komandası 27 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşır. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp