Türkiyə PTT 1-ci Liqasında 23-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu "Boluspor" da növbəti oyununa çıxıb. 
Bolu təmsilçisi səfərdə "Altınordu" ilə üz-üzə gəlib. Hücumçumuzun ehtiyat oyunçular skamyasından izlədiyi oyunda, türk əsilli azərbaycanlı yarımmüdafiəçi Timur Təməltaş 81 dəqiqə meydanda olub. Oyun 1:2 hesabı ilə qonaqların xeyirinə başa çatıb. 
Qeyd edək ki, "Altınordu" 26 xalla 14- cü, "Boluspor" isə 31 xalla 9-cu pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp