Madrid "Real"ı artıq yeni mövsüm üçün ilk transferini edib. Futbolinfo.az xəbər verir ki, "Marca" qəzeti kral klubunun "Portu"nun müdafiəçisi Danilo Luis da Silva ilə anlaşdığını yazıb. 
O, yeni mövsümdən Madrid klubunun şərəfini qoruyacaq. Yayda Danilo ilə 6 illik müqavilə imzalanacaq. Bu transfer üçün "Portu"ya 20 milyon avro ödəniləcək.
Madrid klubunun baş məşqçisi Karlo Ançelotti braziliyalı futbolçu ilə bağlı fikirlərini klubun saytına bildirib: "Mən Avropada oynayan bütün futbolçuları tanıyıram. Çünki bütün çempionatları izləyirəm. Hazırda heyətimizə yeni futbolçular cəlb etməyi düşünmürük. Onun oyunu xoşuma gəlir. Avropada çıxış edən bəzi futbolçular kimi Danilonu da bəyənirəm. Bu məsələni müdafiəçilərimiz Karvahal və Arbeloa ilə müzakirə etməyi planlaşdırmıram. Onlar adətən şayiələrlə maraqlanmırlar".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp