Xorvatiya çempionatının elitasında (1. HNL) 24-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, millimizin hücumçusu Ruslan Qurbanovla yenicə icarə müqaviləsi bağlayan "Hayduk" klubu da növbəti matçına çıxıb.
Split təmsilçisi səfərdə "Osiek"lə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Xorvatiyalıların ötən kubok matçında debüt edən Qurbanov isə bu qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
 
Qeyd edək ki, "Hayduk" hazırda 36 xalla 3-cü pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp