Dünən Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində AZAL öz meydanında “Bakı”nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 
Oyundan sonra “təyyarəçilər”in ilk qolunun müəllifi Aydın Qasımov saytımıza açıqlama verib: “Çox gərgin oyun oldu. İlk hissədə ələ düşən imkanlardan yararlana bilməsək də, ikinci hissədə yaranan fürsətlərdən istifadə edə bildik. Düzü oyundan öncə meydana çıxmaq üçün şans gözləyirdüm. Çox istəkli idim və istəyirdim ki,meydana çıxıb, öz sözümü deyim. Şükür ki, Tərlan müəllim güvənib meydana buraxdı və mən də öz sözümü deyə bildim. Bu, həm də mövsümdə ilk qolum idi. Qarşıdan “Neftçi” ilə oyun gəlir. İnşallah, o matça da yaxşı hazırlaşıb, qalib gəlməyə çalışacağəq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp