Dünən Premyer Liqanın 25-ci turunda "Qəbələ" doğma meydanda "Sumqayıt"a 2:0 hesabı ilə galib gəldi. Futbolinfo.az xəbər verir ki, dünənki oyunda komandasının qələbə qollarının müəllifi olan Viktor Mendi oyunla bağlı fikirlərini saytımıza açıqlayıb:
"Sumqayıt"a qarşı ilk hissədə yaxşı oynadıq."Sumqayıt"ın hücuma çıxmasını gözləyirdik. Birinci yarıda iki qol vurduq, daha çox imkanımız oldu. Bunun nəticəsində ikinci 45 dəqiqədə rahat oynadıq".
Mendi Azərbaycan Kubokunun 1/4 mərhələsinin cavab oyununda səfərdə "Simurq"la görüşdə revanş üçün meydanda olacaqlarını vurğulayıb: "Çətin oyun olacaq. Onların müdafiə xətti güclüdü. Yaxşı futbolçuları var. Bu oyunda qalib gəlmək istəyirik. Revanş üçün meydanda olacağıq".
Qeyd edək ki, "Qəbələ" ilk oyunda "Simurq"a 0:3 hesabı ilə məğlub. Cavab qarşılaşması mart ayının 13-cü Zaqatalada baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp