Taleyin ümidinə qalan “Bakı”da vəziyyət olduqca kritikdi. Futbolinfo.az xəbər verir ki, pul üzünə həsrət qalan komandada problem o qədər ciddidi ki, hətta futbolçular adi qayğılarla da əhatə olunmayıb.
Prezidenti qarşısına çıxana pul paylayan klubun futbolçuları artıq formalarını da özləri yuyur. Belə ki, oyunlardan sonra oyunçular geyim dəstlərini özləri ilə evlərinə aparıb təmizləyirlər. Bazada suyun, yuyucu tozun olmaması üzündən onlar buna məcburdu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp