İngiltərədə “Nyukasl”ın forvardı Papiss Sisse və “Mançester Yunayted”in müdafiəçisi Coni Evansın arasındakı insident hələ də müzakirə olunur. Futbolinfo.az xəbər verir ki, məsələyə “Arsenal”ın baş məşqçisi Arsen Venger də münasibət bildirib: 
“Bu gün televizor hər şeyi şişirdir. Bir vaxtlar mənə də tüpürüblər, amma bu haqqda heç kim danışmırdı. Mən onda Fransada oynayırdım. Eynisi baş verdi amma bunu işıqlandıran olmadı. Əlbəttə ekradnda bu daha pis görünür. Mən də əsəbi idim, amma özümü idarə edə bilmişdim”.
Qeyd edək ki, bu hadisəyə görə İngiltərə Futbol Federasiyası Evansı 6, Sisseni isə 7 oyunluq diskvalifikasiya edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp