Topaz Premyer Liqasında çıxış edən “Sumqayıt”ın elitada mübarizə aparmaq məqsədi bəllidi – əcnəbilərin bu klubda oynamasını təmin etmək, daha sonra onları milliləşdirmək, əgər yaxşı çıxış etsə, digər bir komandaya satıb pul qazanmaq. Bu məqamda “kimyaçılar”ın Azərbaycan milli komandaları üçün çalışdığı isə yalnız və yalnız hekayədən ibarətdi.
Buna görə də klubun başında Kamran Quliyevin olması heç də təsadüfi deyil. O, futbolçuların milliləşdirilmə məsələsinə birbaşa nəzarət edir. Klub prezidenti olmasına baxmayaraq, vaxtı ilə AFFA-da çalışdığı vəzifəni hazırda da yerinə yetirir. Quliyevin əlaqələrinin güclü olması hər hansı futbolçunun azərbaycanlaşdırılması lazım olanda işə yarayır. Onun bir zəngi kifayət edir.
Vaxtı ilə “Sumqayıt”da çıxış edən, daha sonra “İnter”ə transfer olunan Məhəmməd Mirzəbəyov da Quliyevin milliləşdiridiyi futbolçular siyahısındadı. Maraq üçün bildirək ki, Mirzəbəyov “kimyaçılar”ın heyətində çıxış edərəkən Azərbaycan pasportu ilə oynamayıb. O, Rusiya vətəndaşı kimi təqdim olunub. Maraqlıdı ki, futbolçu “İnter”ə transfer olunanda “bankirlər” Mirzəbəyovun milliləşdirilməsi şərtinin irəli atıb. Məhəmmədi yalnız Azərbaycan pasportu alacağı təqdirə transfer edəcəklərini bildirib. İşin çətinə düşməməsi üçün də Kamran bəy bütün məsuliyyəti öz üzərinə götürüb və 1 neçə gün içində “Maqa” ləqəbli oyunçuya Azərbaycan pasportu verilməsinə birbaşa yardımçı olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp