"Barselona"nın ulduz futbolçusu Lionel Messi İspaniya La Liqasının son turunda "Rayo Valyekano"ya 6:1 hesabı ilə qalib gəldikləri görüşdə növbəti het-trikini rəsmiləşdirməklə yeni rekorda imza atıb. Futbolinfo.az xəbər verir ki, argentinalı hücumçu Kataloniya klubunun heyətində bütün turnirlər daxil olmaqla 32-ci het-trikini aktivinə yazdırdı. 
Bu, ispan klublarında tarix boyu çıxış edən futbolçular arasında ən yaxşı göstəricidi.
Qeyd edək ki, İkinci pillədə 31 het-triklə Telmo Sarra ("Atletik" Bilbao – 1940—1955), üçüncü yerdə isə Alfredo Di Stefano ("Real" Madrid – 1953–1964) qərarlaşıb. "Real"ın yarımmüdafiəçisi Kriştiano Ronaldonun aktivində isə 27 het-trik var.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp