Dünən Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində AZAL öz meydanında “Bakı”nı qəbul edib. Fubtolinfo.az xəbər verir ki, qarşılaşmadan 2:0 hesabı ilə qalib ayrılan “təyyarəçilər” 1 günlük istirahətdən sonra sabahdan etibarən məşqlərini bərpa edəcək. 
Martın 13-də ölkə kuboku çərçivəsində “Neftçi” ilə qarşılaşacaq “təyyarəçilər”in heyətində itkilər var. Belə ki, cəzası hələ də başa çatmayan Xuan Fransiskonun meydana çıxmayacağı dəqiqdisə, dünənki matçda sıradan çıxan Viktor İqbekoyi zədəlidi. Bu gün həkim müayinəsindən keçəcək futbolçunun qarşıdakı oyuna çıxıb-çıxmayacağı sabah açılacaq müayinənin nəticələrindən sonra bilinəcək. 
Qeyd edək ki, AZAL – “Neftçi” qarşılaşması martın 13-də “AZAL-Arena”da baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp