"Mançester Yunayted" yay transfer dönəmində Anhel di Mariyanı satmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Premyer Liqa klubunda hələ də özünü yaxşı tərəfdən göstərə bilmir.
İngiltərə mətbuatının yazdığına görə, "qırmızı şeytanlar" onun transferindən gələn məbləği "Real"lı Qaret Beylin keçidi üçün istifadə etməyi planlaşdırılır. di Mariyaya əsas namizədlərdən biri də Fransanın PSJ klubudu.
27 yaşlı futbolçu ötən mövsüm "Real"ı "Mançester Yunayted"ə dəyişmişdi. Ancaq o, hələ də Premyer Liqaya öyrəşə bilmir. Keçidin reallaşmasına əsas əngəl argentinalının transfer dəyərinin yüksək olmasıdı. PSJ yenidən maliyyə feyr-pleyi qaydalarını pozmaq istəmir. Cari mövsümdə 24 matçda meydana çıxan di Mariya aktivinə 4 qol, 8 məhsuldar ötürmə yazdırıb.