AFFA İcraiyyə Komitəsi növbəti mövsümdə də Premyer Liqada 10 komandanın iştirak edəcəyini rəsmən açıqladı. Maraqlıdı ki, “Araz Naxçıvan”dan sonra daha bir klub elitanı tərk edəcək və onların yerini 1-ci diviziondan gələn komandalar tutacaq. Bu durumda yüksək dəstəni tərk etməyə ən real namizəd “Bakı”dı. 
Görəsən, İK-in qəbul etdiyi qərar “Bakı” üçün həyacan təbili deməkdirmi? Saytımıza açıqlama verən “zolaqlılar”ın vitse-prezidenti Yaşar Seyidov məsələyə belə aydınlıq gətirib:
“Həyacan təbili deyəndə ki, hələ çempionat başa çatmayıb. Reqlamentə uyğun olaraq mövsümün sonunda hər şey məlum olacaq. Hələ qarşıda bir neçə tur var. Bu haqda AFFA İcraiyyə Komitəsi qərar qəbul edib. Qərar qəbul olunubsa, deməli, reqlament də təsdiqlənib. Qəbul olunan qərara şərh vermək düzgün olmazdı. Düşünmürəm ki, bu qərarın qəbulunda “Bakı”nın maliyyə problemi də rol oynayıb. Hələ heç kəs bilmirdi ki, 9-cu pilləni “Bakı” tutacaq. Biz qələbə qazanıb, 8-ci pilliyə də qalxa bilərik. Ali orqan artıq bu barədə qərar verib. İcraiyyə Komitəsinin iclasından sonra klub prezidenti Hafiz Məmmədovun “Bakı” ilə görüşü olmayıb”.
Shares: