Azərbaycan milisinin hücumçusu Vaqif Cavadovun çıxış etdiyi "Boluspor" klubunda görüş reallaşıb. Futbolinfo.az xəbər verir ki, Türkiyə futbol direktoru və yığmanın baş məşqçisi Fatih Terim PTT 1-ci Liqa təmsilçisini ziyarət edib.
Belə ki, milli komanda üçün tikiləcək bazanın yerinə baxmaq üçün Bolu şəhərinə gələn Terim "Boluspor" klubunun prezidenti Savaş Abakla da görüşüb.