Türkiyə PTT 1-ci Liqasında 23-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" da növbəti oyununa çıxıb.
"Sarı-qırmızılar" səfərdə "Bucaspor"la üz-üzə gəlib. 29 yaşlı qolkipermizin çempionat matçında debüt etdiyi və 90 dəqiqə oynadığı qarşılaşmada kayserililər 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Kayserispor" 47 xalla 1- ci yerdə qərarlaşıb.