Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” də növbəti oyununa çıxıb.
Adıçəkilən komanda doğma azərkeşlər önündə "RB Leyptsik"lə üz-üzə gəlib. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Ehtiyyat oyunçular skamyasında əyləşən Nazarov 73-cü dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, “Karlsrue” 40 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.