Premyer Liqanın 25-ci turunda "Qəbələ" doğma meydanda "Sumqayıt"a 2:0 hesabı ilə galib gəldi. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar"ın yeni transferi Rikardinyo ilk dəfə "Qəbələ"nin heyətində meydana çıxdı.
Cinah müdafiəçisi ilk oyunla bağlı təəssüratlarını bölüşüb: "Komandamız yaxşı oynadı. Çoxlu qol şanslarımız oldu. "Qəbələ"nin heyətində ilk görüşümə çıxdım. Düşünürəm ki, 2:0 hesablı qələbə yaxşı nəticədi. Azərbaycan çempionatının səviyyəsi yaxşıdı. Mən Braziliya və İsveçdə də futbol oynamışam. Burada texnikalı futbolçular var".