Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında keçiriləcək “İnter” – “Qəbələ” oyununun vaxtı dəyişdirilib. Futbolinfo.az xəbər verir ki, 26-cı tur çərçivəsində baş tutacaq qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi martın 17-də deyil, martın 12-də oynanılacaq. 
Buna səbəb “Qəbələ”nin bir neçə futbolçusunun U-19 millimizin heyətində təlim-məşq toplanışına yollanacağıdı.  
(pfl.az)
Shares: