Xorvatiya "Hayduk"u il yenicə müqavilə bağlayan Azərbaycan millisinin hücumçusu Ruslan Qurbanov komandasında qol hesabını açıb. Futbolinfo.az xəbər verir ki, çempionatın 24-cü turunda səfərdə "Osyek"lə qarşılaşan komanda Splitə qayıtmamışdan öncə yoxlama görüşü keçirib. 
Belə ki, baş məşqçi Stanko Poklepoviç aşağı liqa klublarından olan "Sladorana" ilə oyunda daha çox ehtiyatda qalan futbolçulara şans verib. "Hayduk"un ilk qolunun müəllifi məhz Qurbanov olub. Split təmsilçisi bu oyunda 4:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Hayduk" Xorvatiya çempionatında 24 turdan sonra 39 xalla 3-cü pillədə qərarlaşıb. Onu da əlavə edək ki, müqaviləsi "Neftçi"yə məxsus olan forvard çempionat oyununda debüt edə bilməyib. O, ancaq komandasının kubok matçında meydana çıxıb.
Shares: