Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 25-ci turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.
“Sumqayıt”la oyunda “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olununb.
“Neftçi” – “İnter” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat məbləğində cərimə kəsilib.
“Qarabağ” – “Xəzər Lənkəran” matçında Lənkəran təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
AZAL – “Bakı” matçının 69-cu dəqiqəsində qonaq komandanın futbolçusu Jaba idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində AZAL-ın futbolçusu Rəşad Abdullayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
(pfl.az)