Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 25-ci tur oyunları ilə bağlı cəzalar açıqlanıb.
“Qəbələ” – “Sumqayıt” matçında ev sahibi komandanınb 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 500 manat məbləğində cərimə kəsilib. "Neftçi" də eyni cəzaya məruz qalıb. Belə ki, “İnter”lə oyunda “ağ-qaralar”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
(pfl.az)