Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan 1-ci divizionunun 18-ci tur oyunları ilə bağlı cəzalar açıqlanıb.   
 “Kəpəz” – “Rəvan” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. 
“Ağsu” ilə oyunda “Zirə”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Bakılı” – MOİK matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 100 manat məbləşində cərimə kəsilib.
“Şəmkir” – “Neftçala” matçının 69-cu dəqiqəsində Neftçala təmsilçisinin futbolçusu Musa Rəhimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. həmin oyunun 90+5-ci dəqiqəsində “Neftçala”nın digər futbolçusu Habil Nurəhmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün eyni cəzaya məruz qalıb. Oyunun 90+3-cü dəqiqəsində “Şəmkir”in azarkeşləri meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunub.
(pfl.az)
Shares: