AFFA-nın 2014-cü il üçün maliyyə hesabatı ilə tanış olub, incələdik. Məlumat üçün deyim ki, assosiasiyanın ötən il qazancı 2,3 milyon manat təşkil edib. Gözəl xəbərdi, elə deyilmi? Məncə, sevinmək üçün tələsməyək.
Martın 7-də “Park İnn”də keçirilən AFFA-nın Hesabat Konfransı zamanı açıqlanan rəqəmlərə əsasən, ötən il AFFA-ya 22 milyon 790 min 150 manat daxil olub ki, bunun 14 milyonunu baş sponsor ARDNŞ-dan gələn vəsait təşkil edir. 2 milyon 285 min 242 manat “AzərİdmanServis”, 2 milyon 19 min 410 manatı isə UEFA-dan gəlib. Millinin oyunlarının yayım satışından da vəsait əldə edilib – 2 milyon 96 min. FİFA-dan 552 min 998 manat, digər gəlirlər isə 1 milyon 836 min 500 manat təşkil edib. Qurumun “İnter-Arena”ya görə qazancı 3 milyon 245 min manatdı.
AFFA-nın 2014-cü il üçün xərcləri isə aşağıdakı kimidi:
• Milli yığma komandalara – 9 606 288.00 (manat)
• Rəsmi və yoldaşlıq oyunlarına – 407 982.00
• Futzal üzrə UEFA Kubokunun Final Mərhələsi üçün – 420 536.00
• "Cross Culture" layihəsi və Alman Futbol Məktəbinə – 160 230.00
• Marketinq və Reklamlar Departamenti – 424 210.00
• Tədris – 197 502.00
• Nəqliyyat xərcləri – 238 406.00
• Daşınmaz əmlak icarə haqqı – 118 748.00
• Təsərrüfat xərcləri – 389 626.00
• Hakimlər və Hakim İspektorlar – 2 487 880.00
• Kommunal və rabitə xərcləri – 218 030.00
• "Futbol Dünyası" qəzeti üçün 222 912.00
• Əmək haqqı və ezamiyyə xərcləri – 2 293760.00
• DSMF – 473 000.00
• Aviabilet və Hotel xərcləri – 510 505.00
• Keytrinq – 73 806.00
• "Futbol Bakcell ilə" layihəsi – 125 146.00
• "Caspian Cup" turniri – 347 636.00
• Aşağı yaş qrupları üzrə liqaların təşkili – 2 104 237.00
• "Elit Məşq" Layihəsi – 332 906.00
• Digər xərclər – 521 428.00
• Rəsmi və yoldaşlıq oyunlarına – 407 982.00
• Futzal üzrə UEFA Kubokunun Final Mərhələsi üçün – 420 536.00
• "Cross Culture" layihəsi və Alman Futbol Məktəbinə – 160 230.00
• Marketinq və Reklamlar Departamenti – 424 210.00
• Tədris – 197 502.00
• Nəqliyyat xərcləri – 238 406.00
• Daşınmaz əmlak icarə haqqı – 118 748.00
• Təsərrüfat xərcləri – 389 626.00
• Hakimlər və Hakim İspektorlar – 2 487 880.00
• Kommunal və rabitə xərcləri – 218 030.00
• "Futbol Dünyası" qəzeti üçün 222 912.00
• Əmək haqqı və ezamiyyə xərcləri – 2 293760.00
• DSMF – 473 000.00
• Aviabilet və Hotel xərcləri – 510 505.00
• Keytrinq – 73 806.00
• "Futbol Bakcell ilə" layihəsi – 125 146.00
• "Caspian Cup" turniri – 347 636.00
• Aşağı yaş qrupları üzrə liqaların təşkili – 2 104 237.00
• "Elit Məşq" Layihəsi – 332 906.00
• Digər xərclər – 521 428.00
Cəmi: 21 674 774.00
Məlumat üçün qeyd edək ki, 2013-cü ildə AFFA-nın gəliri 29 milyon 510 min 884 manat, xərcləri isə 19 milyon 811 min 919 manat xərc təşkil edib. 2012-ci il üçün qurumun ümumi gəliri 18 milyon 711 min 673 manata bərabər olub. Xərclər isə 18 milyon 650 min 820 manat. 2011-ci ildə isə assosiasiya 20 milyon 167 min manat xərcləyib. Yəni, AFFA son 4 ildə 80 milyon 304 min 513 manat məsrəf edib.
AFFA-nın baş katibi Elxan Məmmədovun assosiasiyanın illik xərcini ən azı 2 dəfə şişirdərək, ictimaiyyətə təqdim etdiyi aydın məsələdi. Bu, heç mübahisə mövzusu da deyil. Ona görə də, məsələn, “Futbol dünyası”ının aylıq 18 min 576 manat məsrəf etmədiyini və ya aviabilet, otel xərclərinin reallıqdan uzaq olduğunu isbatlamaq fikrindən də uzağam. Bunlar xırda məsələlərdi. 2014-cü ildə milli yığma komandalara 9 milyon 606 min 288 manat xərcləmisiz, çox gözəl. Bəs qarşılığı necə olub? Elxan bəyin şəxsi biznes gözü ilə baxdığı milli komandalarımız gözdən pərdə asmaq üçün də olsa, nəticə veriblərmi?
Bax, əsas məqam budu: son 4 ildə 80 milyon 304 min 513 manat (!!!) xərcləyən assosiasiyanın əsas milli komandaları bir qayda olaraq dünya və Avropa seçmə mərhələlərində autsayder olub. Halbuki, xərclənən 80 milyonun müqabilində ən azı qapazaltı imicindən qurtulmalı idik. Gəl ki, baş katib ona bu postu həvalə edənləri aldatmaqla, açıq-aşkar AFFA-ya ayrılan vəsaiti talamaqla məşğuldu. Siz gələcəyə, uşaq və yeniyetmə futboluna, gənclərimizə yatırım edildiyinə dair nağıllara da inanmayın. İstənilən futbol mütəxəssisindən soruşun, cırlaşma getdiyini, yeni nəslin yetişmədiyini söyləyəcəklər. Bu gün gələcəkdə Avropanın ortabab çempionatlarında oynaya biləcək bir futbolçu adı çəkə bilərsinizmi? Bəlkə, əsas millinin indiki heyətinə baxaq? Vaqif Cavadov, Mahir Şükürov, Kamran Ağayev kimi öncüllərimiz yalnız Türkiyənin 1-ci divizionunda özlərinə iş tapırlar. Budu biabırçılıq, budur faciə!
Azərbaycan futbolu Elxan Məmmədovun ətrafına yalnız cibini güdən və işini bilməyən adamları toplamasının əziyyətini çəkir. Milyonlar gedir, nəticə isə yoxdur…
Elxan Məmmədovun AFFA-ya ayrılan pulu talan etdiyini və yarıtmaz iş aparmasını daha aydın görməyiniz üçün bəzi məqamları diqqətinizə çatdıracağam. Açığı, Ermənistanla özümüzü müqayisə etməyi xoşlamıram. Ancaq bir halda ki, bütün sahələrdə üstələdiyimiz ermənilər milli komanda və yerli futbolçuların səviyyəsi baxımından bizdən öndədirlər, onda Exan bəyin menyusuna bəzi faktları təqdim etməyi özümə borc bilirəm.
Ermənistanın əsas milli komandası AÇ-2012-nin seçmə mərhələsində 17 xal toplayıb, 3-cü olub. Yəni, vəsiqə üçün sonadək mübarizə aparıb. DÇ-2014-də isə 13 xal əldə olunub. Halbuki, Məmmədov son illərdə Berti Foqtsla qazanılan 6-7 xalı ictimaiyyətə uğur kimi sırımağa cəhd edib. Bu gün Ermənistan millisi FİFA reytinqində 74-cü, Azərbaycan isə 131-ci sıradadı. 2013-cü ildə 27,5 milyona Dortmund “Borussiya”sına transfer olunan Henrix Mxitaryanın qiyməti isə ümumilikdə millimizin heyətindən bahadı.
İstər-istəməz sual yaranır: bəs, Ermənistan Futbol Federasiyası hər il nə qədər pul xərcləyir – 3, 5, 10, 15, yoxsa milyon? Nə qədər? Ermənilərin xərcləri ilə Elxan Məmmədovun bizə sırıdığı rəqəmlər arasında ciddi fərq var desəm, yalan olar. Fərq yox, düşündüyünüzdən də böyük uçurum var. Ürəyi zəif olanlar oxumasın: Ermənistan Futbol Federasiyasının (EFF) xərcləri 2003-2013-cü illər ərzində 22,5 milyon dollar təşkil edib. 10 ilə 22,5 milyon. Bu barədə EFF-in 2013-cü ilin mayında keçirilən konfransında icraçı direktor Armen Minasiyan məlumat verib.
Elxan Məmmədov isə təkcə 2014-cü ildə təxminən bu qədər pul xərcləyib. AFFA 4 ildə 80 milyon 304 min 513 manat, EFF isə 10 ilə 22,5 milyon dollar…
Milli komandalarının əldə etdiyi nəticələr və futbolçularının səviyyəsi bizdən üstün olan daha bir ölkəni də misal gətirə bilərəm – Belarus. 2013-cü il üçün Belarus Futbol Federasiyasının gəliri 11, xərcləri isə 14 milyon dollar olub. 2014-cü il üçün isə 11, 7 milyonluq bir büdcə planlaşdırılıb ki, onun 3,9 milyonu milli komandaların xərcləri üçün nəzərdə tutulub. Hərçənd, bizdə bu rəqəm 9 milyon 606 min 288 manat təşkil edir. Xərclərə və nəticələri bir daha gözünüzün önünə gətirin. Əlavə şərhə ehtiyac varmı?
FATEH