Madrid "Real"ının yarımmüdafiəçisi Luka Modriç bu axçam Çempionlar Liqasının 1/8 finalı çərçivəsində "Şalke" ilə oynanılacaq cavab görüşündə meydana çıxa biləcək. Futbolinfo.az xəbər verir ki, bu haqda komandanın həkimləri məlumat verib.
Belə ki, xorvatiyalı futbolçu artıq bərpa prosesini bitirib və Madrid klubunun həkimləri onun sözügedən matçda oynamasına icazə verib.
Karlo Ançelotti Lukanı matçın son yarım saatlıq hissəsində meydana buraxmağı düşünür.