“Qəbələ” klubunun futbolçusu Elvin Camalovun Futbolinfo.az saytına verdiyi müsahibəsi:
– Premyer Liqaının son turunda “Sumqayıt”ı 2 cavabsız qolla məğlub etdiniz? Həmin oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı…
– Bu matçdakı qalibiyyət əhval-ruhiyyəmizi yaxşılaşdırdı. Qaşılaşmaya çox ciddi hazırlaşmışdıq. Qazanılan qələbə bizə çox böyük stimul verdi. 
– Qış fasiləsindən sonra Premyer Liqada bir neçə matçda ardıcıl məğlub olsanız da artıq 3 oyundu ki, qələbə qazanırsız. Necə düşünürsünüz, komanda artıq öz oyununu tapıbmı?
– Əlbətdə, sistem oyunu oynayan komanda üçün bir az vaxt lazım idi.  Düzdü, bu dövrədə müəyyən uğursuz oyunlarımız oldu. Ancaq indi komandada vəziyyət çox yaxşıdı və ardıcıl qələbələrlə azarkeşlərimiz sevindirməyə çalışacağıq. 
– Qarşıdan “Simurq”la kubok matçı gəlir. Bu oyuna hazırlıqlar necə gedir?
– Məşqlərimiz çox yaxşı gedir. Məğlubiyyətin əvəzini çıxmaq istəyirik. Bu oyunda xarakter göstərib, geri dönüş etmək istəyirik. Bacardığımız qədər də bunu etməyə çalışacağıq.
– Növbəti mərhələyə keçmək üçün komandada inam varmı? Çünki ilk görüşdə 3 cavabsız qolla uməğlub olmusuz.
– Mərəhələni keçməyimiz inandırıcı gösünməsə də, futbolda inam, xarakter başılca məsələlərdən biridi. Əgər bunlar varsa, hər şey mümkündü. Şükür Allaha ki, bizdə də bunlar var. İlk oyundakı səhvlərimizi də analiz etmişik və növbəti qarşılaşmada eyni xətaları etməməyə çalışacağıq. 
– Sizə elə gəlmir ki, həmin oyunda öz səhvlərinizdən uduzdunuz?
– Biz “Simurq”la ilk qarşılaşmaya da çox ciddi hazırlaşmışdıq. Düzdü, qarşıda cavab matçı var. Bəli, buraxdığımız kobud səhvlərə görə məğlub olduq. İnşallah, cavab oyununda əlimizdən gələni edib, məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq. 
– AFFA-nın gənc futbolçulara qoyduğu maaş limiti ilə bağlı nə deyə bilərsiz? Nəzərə alsaq ki, bu qadağa sizə də şamil olunacaq. 
– Bu haqda heç bir şey deyə bilmərəm. 
ELMAR ABDULLA-ZADƏ
Shares: