Uzun illərdi bir yerdə top qovan “Barselona”nın yarımmüdafiəçiləri Xavi Hernandes və Andres İnyesta artıq əvvəlki meydanda kimi anlaşa bilmirlər. Futbolinfo.az xəbər verir ki, bunu yaşca daha gənc olan İnyesta etiraf edib. 
O, “Marca”ya verdiyi müsahibədə Xavi ilə birlikdə oynamalarının komandaya ziyan vurduğunu qeyd edib: "Bəzən Xavi ilə bərabər meydanda olduğumuzda yaxşı oynamadığımızı düşünürəm. Bunu söyləyərkən məqsədim onu tənqid etmək deyil. O, meydanda hər kəsin işini yüngülləşdirən futbolçudu. Amma ikimiz bərabər oynadığımızda bəzən işlərin yolunda getmədiyini hiss edirəm".
Qeyd edək ki, 2002-ci ildən bəri Xavi və İnyesta birlikdə oynayır. 35 yaşlı  Xavinin mövsümün sonunda “Barselona”dan ayrılacağı gözlənilir.
Shares: